Dünya futbolu

“Qarabağ”dan Volkan Dəmirələ sürpriz təklif

“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirələ müqavilə təklif edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyənin “Milliyət” qəzeti çıxış edib.

Məlumata görə, “Qarabağ” klubu futbolçunun meneceri ilə əlaqə saxlayaraq futbolçuya 2 illik müqavilə təklif edib.  Lakin Volkan Dəmirəl “son ana qədər “Fənərbaxça”nın təklifini gözləyəcəm” deyərək, Aödam klubunun təklifin qəbul etməyib.

Qeyd edək ki, Volkanın “Fənərbaxça” ilə müqaviləsi mövsümün sonunda başa çatır və istanbul klubu təcrübəli əlcək sahibinə yeni sözləşmə təklif etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43