21 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”dan yeni transferlərlə bağlı rəsmi açıqlama

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” iki yeni futbolçu ilə münasibətlərini rəsmiləşdirib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi isveçli Samuel Armenteros və ispaniyalı hücumçu Miqel Markos Maderanı heyətinə qatıb.
Hər iki futbolçu ilə iki illik müqavilə imzalanıb və onların adları Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş olunub. 
25 yaşlı Armenterosun son komandası Hollandiyanın “Vilhem II” klubu olsa da, müqavilə ilə “Anderlext”ə məxsus idi. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasının heyətində keçirdiyi 29 oyunda 11 qol vurub.

“Qarabağ”ın digər transferi Madera karyerasına “Sportinq Xixon”da  (İspaniya) başlayıb. “Birmingem”in ardından AEK-ə transfer olunan 29 yaşlı futbolçu karyerasının ən yaxşı dönəmini ölkəsində “Hetafe”də keçirib. 3 il La Liqada oynayan “Miçel” ləqəbli futbolçu ötən mövsümü İsraildə “Makkabi” (Hayfa) klubunda oynayıb.

Qeyd edək ki, “Qarabağ” daha bir transferi reallaşdırmağa yaxındır.  Komanda Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, “Qarabağ”dan asılı olmayan səbəblərdən transfer gecikir. Amma Dimitrovskiylə müqavilə bağlanacağı istisna deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43