04 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik”

“Bilirdik ki, çətin oyun olacaq. Həqiqətən də belə oldu. “Qarabağ” çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Henrik Ridström “Qarabağ” oyunu (2:1) oyunu sonrası deyib.

“Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, “Qarabağ”ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.

 “Qarabağ” güclüdür. Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxlayaq. “Reyncers”lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43