22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ı Çempionlar Liqasından məhrum edən səbəb – TƏHLİL

Bu sistem ləğv olunmalıdı!
Birinci yazıda qeyd etdiyimiz kimi, indi tarixi məqamdı. Həm yerli futbolçular, həm də AFFA üçün. Bu məqamın detallarını aydınlaşdıraq. İlk növbədə limit – 6+5 sistemi ləğv edilməlidi. Bu sistem nə qədər tez ləğv edilsə, o qədər yaxşıdı. Qış transfer pəncərəsinə qədər Azərbaycan futbolunu legionerlərə tətbiq edilən qadağadan azad etmək lazımdı. Azad etmək lazımdı ki, klublar qış transfer pəncərəsi zamanı bu azadlıqdan doyunca yararlana bilsinlər. Yararlana bilsinlər ki, Avrokuboklara qədər heyəti tam komplektləşdirsinlər. 
Qadağanın ləğvi qorxu yaratmayacaq

Sözsüz, transfer azadlığı bütün klubların barmağını bala batırmayacaq. Çünki Azərbaycan Premyer Liqasında çıxış edən klubların əksəriyyəti kasad büdcəyə sahibdi. Bu büdcə ilə xaricdən səviyyəli futbolçu gətirmək mümkün deyil. Transfer azadlığından 2, uzaqbaşı 3 klub bəhrələnəcək. Deməli, 2-3 top-klub digərlərindən fərqlənəcək. Çempionatında 10 komandanın çıxış etdiyi Azərbaycanda  2-3 top-klubun olması normaldı.

Limitin aradan qaldırılması “yerli futbolçular oynamayacq” qorxusu da yaratmayacaq. Bu qorxu klubların kasıblaması ilə birgə itib. Yerli futbolçular kasıb 8 komandanın heyətində oynasa, bəsdi. Büdcəsi sabit olan, maliyyə sıxıntısı yaşamayan “Qarabağ” və “Qəbələ”yə top-komanda statusuna yüksəlmək üçün fürsət vermək lazımdı. Onlar bu fürsəti limit  məhdudiyyətinin ardan qaldırılmasından sonra əldə edəcəklər. Bu mövsüm Azərbaycanı Avropa Liqasında bu iki komanda təmsil edəcək. Gələn mövsüm hədəflər daha da böyüməlidi. İndi Çempionlar Liqasında oynamaq vaxtıdı. Ancaq bir həqiqət var ki, limit qadağası Çempionlar Liqasında oynamaq üçün komanda formalaşdırmağa imkan vermir. 


“Qarabağ”ın ehtiyat skamyasında “yatan” səbəb

Hələ ötən il “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə adlayanda, limit qadağası dərhal ləğv olunmalıydı. Ləğv olunsaydı, bu mövsüm “köhlən atlar” daha varlı turnirdə – Çempionlar Liqasında çıxış edəcəkdi. Çünki Qurban Qurbanov transfer azadlığından yararalanıb qitənin ən prestijli turnirində oynamağa qadir komanda formalaşdıracaqdı. Ancaq futbol ictimaiyyətinin təzyiqinə baxmayaraq, AFFA limit qadağasını götürmədi. Nəticə o oldu ki, “Qarabağ” yenə də Avropa Liqasında oynayacaq. Sadə bir faktı deyək: Avropa Liqasının pley-off  mərhələsinin cavab qarşılaşmasında – “Yanq Boyz”la Bakıda keçirilən oyunda “Qarabağ”ın ehtiyat oyunçular skamyasında cəmisi bir legioner vardı. Qalan futbolçular isə yerlilər idi. Onların heç biri oyunun axarını dəyişə biləcək keyfiyyətə sahib deyillər. Deməli, “Qarabağ”ın legionerlərindən biri zədələnsə və ya cəzalı duruma düşsə, vəziyyət kritik olacaq. Onların yerini doldura biləcək futbolçu isə yoxdu. Niyəsi də bəllidi. Azərbaycanda səviyyəli futbolçu azdı, legionerlərin alınmasına isə limit qadağası mane olur. 
Bazarımız da, ona maraq da olacaq
Limitin ləğvi Azərbaycanda futbolun inkişafına  bir sıra amillərə görə təkan verəcək. İki-üç top-klubun yaranması ilə Azərbaycan hər il Çempionlar Liqasının və Avropa Liqasının qrup məhələsində təmsil oluna bilər. Belə tendensiya istər-istəməz Azərbaycanın futbol bazarına ciddi maraq yaradacaq. Avropa klublarının skautları Azərbaycana boylanmalı olacaqlar. Bu da yerli futbolçuların xaricə çıxamsı üçün əlavə imkanlar yadacaq. Gənc yerli futbolçular üçün stimul formalaşacaq. Özü də ikipilləli stimul. Kasıb komandalarda futbbol oynayan gənclərin ilk istəyi inkişaf edib, varlı top- komandaların – “Qarabağ” və “Qəbələ”nin diqqətini cəlb etmək olacaq. Ondan sonra isə qarşıda xaricdə oynamaq perspektivi də yaranacaq.

Başqa bir məqam: Azərbaycan klubları nəhayət ki, futboldan gəlir götürə biləcəklər. Təbii ki, oyunçu satışından. Kasıb klublar oyunçu satışından gəlir götürəcəkləri halda, uşaq futboluna diqqət artacaq. Bu da ölkədə futbolun kütləviliyinə təkan verəcək. 

“Pul müharibəsi”ni dayandırıb, futbol haqda düşünmək olar

Limitin ləğvi Azərbaycanda təxminən Şotlandiya sistemini formalaşdıracaq. İki top-komanda və  istənilən turnirdə mübarizə apara biləcək yığma. Yığma komandanın inkişafı birbaşa klub futbolunun inkişafına bağlıdı. Fikir verin, Türkiyədə 6+5 sisteminin tətbiqindən sonra klub futbolunda eniş yaşandı. Nəticə ə Türkiyə millisi də Avropanın güclü komandaları arasındakı yerini itirdi. Milli komandanın səviyyəsini yüksəltəmk üçün klub futbolunun inkişafına çalışmaq lazımdı. Azərbaycanda uzun müddətdi ki, AFFA rəhbərliyi arasında gedən çəkişmələr  sağlam qərarların verilməsinin qarşısını alıb. AFFA-nın vitse prezidenti Elşad Nəsirovun adamı hesab edilən qurumun baş katibi Elxan Məmmədov yığma komandaya cavabdehlik daşıyır. AFFA prezidenti Rövnəq Abdullayevin kadrı Ramin Musayev isə Peşəkar Futbol Liqasının rəhbəridi. Musayev çempionatın keçirilməsinə cavabdehdi. Deməli, həm də klub futbolunun inkişafında maraqlı olmalıdı. Bu iki şəxs arasında gedən intriqa müharibəsi son nəticədə həm klub futbolunun, həm də yığma komandanın başında çatlayır.

Dünənə qədər bu şəxslərin intirqsına təkan verən bir amil də var idi – Azərbaycan futboluna axıdılan maliyyə vəsaiti. İndi bu vəsait yoxdu. Deməli, “pul müharibəsi”ni dayandırıb, futbol haqda düşünmək olar.  Sağlam düşüncənin də qəbul etdirəcəyi ilk qərar limitin ləğvi olmalıdı.  Bütövlükdə Azərbaycan futbolunun inkişafını əngəlləyən bu qadağa aradan qaldırılamlıdı. Qaldırılmalıdı ki, futbol bütün Avropada olduğu kimi, Azərbaycanda da gün görsün. 

limit qadağası Çempionlar Liqasında oynamaq üçün komanda formalaşdırmağa imkan vermir. (meydantv)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43