Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “Mets”lə qarşılaşmada zədə alan yarımmüdafiəçi Reno Koad oyunu davam etdirə bilməyib və əvəzlənmək məcburiyyətində qalıb.
Futbolçunun ən azı bir ay meydanlardan kənarda qalacağını bildirilir.