UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Bakıda İsveçrənin “Yanq Boys” klubu ilə qarşılaşacaq “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhrəmov adına Respublika stadionunun qazonu ürəkaçan deyil.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi ilk oyununu avqusutn 20-də səfərdə, cavab matçını isə 27 avqust Bakıda keçirməlidi. Cavab qarşılaşmasına 13 gün qalmasına baxmayaraq mərkəzi arenanın ot örtüyünün ideal səviyyədən uzaq olması yenidən “Qarabağ” tərəfini narahat etməyə başlayıb. Məhz buna görə də, sözügedən qarşılaşmanın Respublika stadionunda keçirilməsi sual altına düşüb. Əgər cavab oyununa kimi stadionun qazonu yaxşı vəziyyətə gətirilməsə “Qarabağ” alternativ variantlara əl atmalı olacaq. Artıq “Qarabağ” tərəfi “Bakcell Arena”nı B planında saxlayır.
Mərkəzi arenanın ot örtüyü cavab matçına kimi ideal səviyyəyə gətirilməsə “Qarabağ” “Yanq Boys”u “Bakcell Arena”da qəbul etmək ehtimalı yarana bilər.