“Qarabağ”ın “Ferentsvaroş”la Çempionlar Liqası III təsnifat mərhələsinin oyunlarında VAR sistemindən istifadə olunacaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasının III təsnifat mərhələsində ilk dəfə VAR sistemi tətbiq olunacaq. UEFA VAR qurğusunu oyunlara qədər çatdırmaq üçün klublar və yayımçı televiziyalarla sıx əməkdaşlıq edir.
“Qarabağ” “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-u Budapeştdə keçirəcək.