Kateqoriyasız

“Qarabağ”ın futbolçusu 5-ci oldu

Konfrans Liqasında qrup mərhələsinin oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

“Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb. O, 369 dəqiq ötürmə ilə 5-ci pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində 494 ötürmə ilə Niderlandın “Alkmaar” komandasının müdafiəçisi Bruno Martins İndi yer alıb.

​“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43