Kateqoriyasız

“Qarabağ”ın futbolçusu getdi, “Şaxtyor”un oyunçusu gəldi

Xəbər verdiyimiz kimi, sentyabrın 5-dən 11-ə qədər Rusiyanın Novorossiysk şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Rusiyaya gedəcək futbolçuların siyahısında bir dəyişiklik edilib. Bilal Abbaszadə (“Qarabağ”) zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində, Qazaxıstanın “Şaxtyor” (Karakanda) klubunun oyunçusu Zair Emzayev yığmamıza dəvət olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43