Ölkə futbolu

“Xəzər Lənkəran” bir məşqlə kifayətləndi

Qəbələdə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün bir məşq keçib.”Ağ-yaşıllar” saat 10:30-da çıxdığı səhər məşqi ilə kifayətlənib.

Qəbələ Futbol Akademiyasının meydançasında baş tutan və saat yarım davam edən hazırlıq prosesində üstünlük taktiki çalışmalara verilib. Bu zaman isə milli komandalara dəvət aldıqlarına görə təlim-məşq toplanışına qatılmayan futbolçuların mövqeləri üzrə bölgülər aparılaraq müxtəlif taktiki düzülüşlər yoxlanılıb. Qarşıdakı oyunlarda hücum xəttinin daha effektli çıxışı üçün biri-birindən fərqlənən kombinasiyalar və qapılara müxtəlif məsafələrdən zərbələr üzərində işlənilib.

Axşam məşqini keçirməyəcək “Xəzər Lənkəran” hazırlığını sabah səhər davam etdirəcək.

Mənbə: 12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43