Atasının vəfatı ilə əlaqədar bir neçə gün məşqlərdən uzaq qalan “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov bugündən etibarən məşqlərə başlayıb.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisinin üzvü klubun saytına açıqlamasında baş verənləri dəyərləndirib.
“Hər kəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən, zəng edən, yazıb başsağlığı verən hər kəsə öz təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib.
Komandanın baş məşqçicisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. “Yanq Boys”la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsi ilə baş verənlərdən xəbər tutdum.
Komandamızın Avropa Liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bu gündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm”.