Kateqoriyasız

“Qarabağ”ın futbolçusu Milandakı həyəcandan danışdı: “Matçın başlama saatını gözləyirik”

“İtaliyaya itkilərlə gəlmişik. Ancaq onların yerinə meydana çıxa biləcək futbolçularımız var. İnanıram ki, “İnter”lə oyunda kim oynasa zədəlilərin yoxluğunu hiss etdirməz”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında hazırda İtaliyada olan “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov deyib.

Ağdam klubunun gənc üzvü Bakıya yaxşı bir nəticə ilə qayıtmaq istədiklərini bildirib:

“Oyuna çox yaxşı hazırlaşmışıq. Komandada vəziyyət də yaxşıdı. Matçın başlama saatını gözləyirik. Bakıya yaxşı bir nəticə ilə qayıtmaq istəyirik”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43