İsrail üzərində möhtəşəm qələbə qazanan 21 yaşlılardan ibarət milli komandamız artıq Portuqaliyadadı.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, yığmamız sözügedən ölkəyə tam heyətlə yollana bilməyib.
Belə ki, “Qarabağ”ın futbolçusu Namiq Ələsgərovun vizasında problem ortaya çıxıb. Məhz bu səbəbdən Ələsgərov Portuqaliyaya gedə bilməyib. Ancaq gənc futbolçu yaın 1-2 günə milliyə qoşulacağını bildirib:
“Vizamda problem oldu. Bir-iki günə komandaya qoşulacağam”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçı sentyabrın 9-da, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.