Kateqoriyasız

Portuqaliya millimiz önünə məğlubiyyətsiz çıxır

21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin F qrupunda daha bir matç baş tutub.

İdmanxeber.com-un məlumatına görə, millimizin də qərarlaşdığı qrupun lideri Portuqaliya səfərdə Norveçlə üz-üzə gəlib. Üç qolun vurulduğu matçda gülən tərəf portuqaliyalılar olub – 2:1.

Qeyd edək ki, Azərbaycanın gənclərdən ibarət yığmasının qrupdakı son rəqibi elə Portuqaliya olacaq. Hələ ki, xal itirməyən bu rəqibimizlə görüş sentyabrın 9-da Portuqaliyada baş tutacaq.

P Pts
Portugal Portugal 7 21
Israel Israel 7 12
Norway Norway 8 9
Azerbaijan Azerbaijan 7 7
FYROM FYROM 7 4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43