“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev IFFHS 2024-cü ilin ən sərt futbolçuların siyahıısnda yer alıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü il ərzində 4 dəfə qırmızı vərəqə almağı bacaran yeganə avropalı oyunçu olub. Braziliya çempionatında çıxış edən daha iki futbolçu – “Vasko da Qama”lı Joao Viktor və “Yuventude”li Alan Ruşel də eyni sayda meydandan qovulublar.
Millimizin üzvü qırmızı vərəqələrin hər birini “Qarabağ”ın heyətində alıb. O, 1 dəfə Misli Premyer Liqasında, 3 dəfə isə UEFA Avropa Liqasında meydandan qovulub.
Elvin həm də eyni turnirdə il ərzində 3 qırmızı vərəqə alan yeganə oyunçudur.