İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Rüstəm Əhmədzadə deyib.
21 yaşlı hücumçu “Qarabağ”da oynadığından, Azərbaycandadır. Amma gənc forvardın valideynləri Ukraynada qalır. O, valideynləri ilə bağlı hazırda hansısa təhlükənin olmadığını bildirib:
“Xmelnitski vilayəti Kiyevlə müqayisədə daha təhlükəsiz vəziyyətdədir. Hər gün valideynlərimlə danışıram. Onlar hər gün orada baş verənlərlə bağlı mənə məlumatları verirlər. Dediklərinə görə, hər şey Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır.
Valideynlərim Ukraynadakı Azərbaycan səfirliyinə müraciət etməyiblər. Çünki Ukraynanı tərk etmək istəmirlər”. (Oxu.az)
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.