Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 12-ci turunda baş verənlər müzakirə olunub.
“Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
“Səbail” – “Sabah” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
“Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Colli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.