Kateqoriyasız

“Qarabağ”ın İtaliyadakı oyununu 19 telekanal canlı yayımlayacaq

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sabah İtaliyada “İnter”in qonağı olacaq “Qarabağ”ın çətin səfər matçı19 telekanalda canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Milanda keçiriləcək qarşılaşmanı ölkəmizdə AzTV, Serbiyada “Arena Sport 1”, Bosniya və Hersoqovinada “Arena Sport”, Macarıstanda “Digi Sport 1”, Yunanıstanda “Nova Sport”, Portuqaliyada “Sport TV3”, Malayziyada “Astra SuperSport” və s… kimi kanallar ekranlarına daşıyacaq.

Qeyd edək ki, “Cüzeppe Meazza”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43