“Qarabağ”ın makedoniyalı futbolçusu Muarrem Muarrem zədələnib.
İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi son məşqlərin birində ayağından zədə alıb. Ağdam klubunun futbolçusu bu fotonu sosial şəbəkələrin birində yayımlayıb.
Sol ayağından zədə alan oyunçunun vəziyyəti normaldı və ciddi bir şeyin olmadığını bildirib.