“Qarabağ” Premyer Liqanın VI turunun “Rəvan”la oyununa hazırlıqları davam etdirir.
Artıq yığma komandaların heyətinə yollanan futbolçular da Bakıya qayıdıblar. Bu gün Gürcüstan yığmasının forvardı Nikolas Gelaşvili, eləcə də Albaniya millisindən qayıdan Admir Teli və Ansi Aqoli də məşqlərə başlayacaqlar. Komandanın heyətində hazırda bir ciddi itki var. Bu, ötən gün məşqdə zədələnən Ulrix Kapolonqodu.