“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçulardandır.
Idmanxeber.az xəbər verir ki, bu barədə yarışın sosial şəbəkə hesablarında paylaşım edilib. 25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna buna nail olub. O, 3-5-ci yerləri bölüşdürür.
İlk turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ” II turda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.