Dünya futbolu

Xəstəliyə görə karyerasını erkən bitirdi

Almaniyanın “Herta” klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını dayandırıb.

İdmanxeber.az Berlin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması səbəb olub.

Qeyd edək ki, Jan Pol-Boetyus cari ilin yayında azad agent kimi “Herta”ya keçib. Niderlandlı oyunçu daha əvvəl “Maynts”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43