İdman

“Qarabağ”ın oyunu Con Bitona tapşırıldı

Avropa Liqasının IV turunun J qrupunda Yunanıstan PAOK-u və "Qarabağ" arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

İdmanxeber.com xəbər verir ki, Salonikidə baş tutacaq görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Con Biton olacaq.

Qarşılaşma noyabrın 3-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 4 noyabr saat 00:05) başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43