İdman

Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışdan 4 bürünc medal

Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub. 

 
Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb. 
 
65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43