Çempionlar Liqasında uğursuzluqa düçar olan “Qarabağ”ın Azərbaycan Premyer Liqasının ilk turundakı “Keşlə” ilə oyununun təxirə salınması gözlənilirdi.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu oyunun təxirə salınması ilə bağlı PFL-ə müraciət etməyib. Qurban Qurbanov sabah “Dalğa Arena”da keçiriləcək görüşdə daha çox əsas heyətə düşməkdə əziyyət çəkən futbolçulara şans verməyi düşünür.
Beləliklə, “Keşlə” – “Qarabağ” görüşü planlaşdırıldığı kimi, avqustun 16-da, saat 19:00-da “Dalğa Arena”da start götürəcək.