18 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın oyununa biletlər satışa çıxdı

Premyer Liqanın VI turunda keçiriləcək “Qarabağ” – “Səbail” ilə oyunun biletləri bu gündən satışdadır.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

 QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43