UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) və “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin “Apollon” (Limassol) komandası olacaq.
Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək (“Report“).
Əlavə edək ki, buna qədər potensial rəqiblər arasında “Maribor” (Sloveniya) – “Şerif” (Moldova)və “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütlərinin qalibi də var idi.