Kateqoriyasız

Fil Dişi Sahilli futbolçu “Qalatasaray”a keçə bilər

Türkiyənin “Qalatasaray” klubu heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az Fransanın nüfuzlu “Lequipe” nəşrinə istinadən bildirir ki,  İstanbul təmsilçisi Fil Dişi Sahilindən olan Serj Oreni transfer etmək istəyir. Artıq klub rəsmilərinin oyunçu ilə təmasa keçdiyi vurğulanıb.

Ötən mövsümü İspaniyanın “Villareal” klubunda keçirən 29 yaşlı futbolçunu “Qalatasaray”la yanaşı, “Atletiko” və “Fulhem” klubları da heyətinə qatmaq istəyir. Hələlik futbolçunun karyerasını harada davam edəcəyinə qərar vermədiyi bildirilir.

Sağ cinah müdafiəçisi ötən il La Liqada 24 oyunda forma geyinib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43