“Möhtəşəm oyun idi. Düşünürəm ki, “Qarabağ” daha bir tarix yazır. Bu hamımızın uğurudu. Xalqımızı təbrik edirəm”.
İdmanxeber.com-un məlumata görə, bu sözləri “Qarabağ” – “Anderlext” (1:0) oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib:
“Çox çətin bir qrupda olduğumuz məlumdu. Lakin mən inanıram ki, biz qrupdan çıxa biləcəyik. “Qarabağ” gündən-günə daha da güclənir”
Stadionda əvvəlki oyunlara nisbətdə azarkeşin az olmasına toxunan vitse-prezident, buna baxmayaraq onların dəstəyini hiss etdiklərini bildirib:
“Azarkeşlərimizin hamısı stadionda olmasa da, onların dəstəyini hiss edirdik. Sadəcə onu deyə bilərəm ki, gəlin, dəstək olun. “Qarabağ” hamımızın klubudu”