21 Noyabr 2024
İdman

“Qarabağ”ın qapısına vurulan qol ən yaxşı ola bilər

UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”ın qapısına vurulan qol ən yaxşı olmağa namizədlər siyahısında yer alıb.

İdmanxeber.com-un məlumatına görə, “Atletiko”nun heyətində Tomasın Ağdam klubunun qapsıından keçirdiyi qoldan başqa daha 4 dəqiq zərbə ən yaxşı qol nominasiyasına iddialıdı.

Ever Baneqanın (“Sevilya”) “Spartak”ın, Neymarın (PSJ) “Anderlext”in, Stefan El-Şaravinin (“Roma”) “Çelsi”nin, Lorenso İnsinyenin (“Napoli”) “Mançester Siti”nin qapısına vurduğu qollar da ən yaxşılardandı. Bu 5 qoldan biri isə turun qolu seçiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43