“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Monako”nun futbolçusu Joao Moutinyo karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Fənərbaxça” 29 yaşlı portuqal yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Qeyd edək ki, Moutinyonun qış transfer pəncərəsində İstanbul nəhənginə keçəcəyi gözlənilir.