"Qarabağ" Futbol Klubuna Almaniyada baş tutacaq oyunla bağlı xəbərdarlıq edilib. Ermənilər təxribat törədməyi planlaşdırırlar.
Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz deyir ki, erməni diasporu sosial şəbəkələrdə bununla bağlı artıq kappaniyaya start veriblər. Məsələ ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün
"Qarabağ" Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərilib.
Məsələdən Azərbaycanın Almaniyadakı səfirliyi də məlumatlıdır. Səfirliyin müşaviri Rizvan Nəbiyev deyir ki, təxribatın qarşının alınması üçün bütün lazımi tədbirlər görüləcək. Məsələ ilə bağlı artıq alman polisinə də xəbər verilib.
"Qarabağ" futbol klubu isə məsələ ilə bağlı UEFA-ya müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sözlərinə görə, qarşı tərəf yaxşı bilir ki, əgər belə bir hal baş verərsə , şikayət əsasında rəqib komandanı ciddi cəza gözləyir.
xezerxeber.com