Kateqoriyasız

“Qarabağ”ın “Vilyarreal” planı

Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Vilyarreal”ın qonağı olacaq “Qarabağ”ın İspaniyaya səfər planlı müəyyənləşib.

Ağdam klubu matçdan bir gün öncə – dekabrın 9-da Pireney ölkəsinə yollanacaq. “Atlılar”ı aparacaq təyyarə saat 10:00-da səmaya qalxacaq. “Qarabağ” matçdan dərhal sonra geri qayıdacaq.

Dekabrın 10-da Valensiya şəhərindəki “Keramika” stadionunda keçiriləcək “Vilyarreal” “Qarabağ” görüşü saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43