“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son klubu Norveç “Hauqesund”u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu “Qarabağ”da 25 nömrəli formanı geyinəcək.
“Qarabağ”ın yeni transferi Konfrans Liqasının pley-off mərhələsinin Şotlandiya “Aberdin”i ilə oyunlar üçün də sifariş olunub. UEFA-ya təqdim edilən siyahıda 26 yaşlı oyunçu Musa Qurbanlı və Ramil Şeydayevlə birgə hücumçu kimi yer alıb.
Qeyd edək ki, “Qarabağ” “Aberdin”lə ilk görüşünü avqustun 19-da evdə, cavab görüşünü avqustun 26-da səfərdə keçirəcək.