Kateqoriyasız

“Qarabağ”la ev oyununda izdiham olmayacaq” – “Bazel”in baş məşqçisi

“Qrupda cazibəli və tanınmış klubların olmadığı üçün təəssüflənirəm”

İdmanxeber.az-ın məlumatına görə, bu sözlər “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel”in baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis ev oyunlarına kifayət qədər azarkeşin gəlməyəcəyini deyib:

“Şübhəsiz ki, ev oyunlarımızda izdiham olmayacaq. Səfərlərimiz də uzun keçəcək. Bu səbəbdən çempionat matçlarında çətinlik yarana bilər. Məqsədimiz avrokuboklarda irəliləmək olmalıdır”.

“Qarabağ” H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya”ya (Kipr) qarşı mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43