08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi sevindilər

Topaz Premyer Liqasının X turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Sumqayıt” Futbol yeni meydançada hazırlığını davam etdirir.

Aqil Məmmədovun komandası tam heyətlə məşq edib. Belə ki, zədəsini sağaltmış Orxan Əliyev və Zaur Həşimov da artıq komanda ilə birlikdə çalışmalara qatılıb.

A millidən qayıdan Anar Nəzirov, U-21-dən geri dönən Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov da komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu oktyabrın 20-də Sumqayıtda inşa olunmuş yeni meydançada saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43