Topaz Premyer Liqasının III turu çərçivəsində avqustun 18-də keçiriləcək "Qarabağ" – "Xəzər Lənkəran" oyununda ikincilərin çərçivəsini hansı qapıçının qoruyacağı müəyyənləşib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu oyunda cənubluların qapısını Orxan Sadıqlı qoruyacaq. Bu xəbəri əməkdaşımızla söhbətində futbolçunun özü də təsdiqləyib.
Qeyd edək ki, "Bakcell Arena"da baş tutacaq oyun saat 20:00-da start götürəcək.