Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi AEL-də koronavirus şoku

Avqustun 12-də “Qarabağ”la cavab oyununa çıxacaq Kiprin AEL komandasının kollektivi Bakı səfəri öncəsi koronavirus testindən keçib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçulardan birinin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Koronavirus aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43