08 Sentyabr 2024
Dünyadan

“Qaradağ Lökbatan”ın prezidenti: “Mən belə bir açıqlama verməmişəm ki…”

“Mənim adımdan yalan yazılıb. Mən belə bir açıqlama verməmişəm ki. Ramin musayevlə görüşmüşəm və biz elitada oynayacağiq. Ramin müəllimlə görüşmüşəm amma lisenziya ilə bağlı deyil. Hamı kimi bizdə Premyer Liqada oynamaq istəyirik. Məqsədimiz elə elitaya çıxmaqdır”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev deyib.

Birinci divizionda mübarizə aparan klub başçısı Premyer Liqada oynamaq istədiklərini bildirib:

“Hələ ki, bizə hər hansı bir söz deməyiblər. Ancaq biz əlimizdən gələni edirik ki, lisenziyanı alaq. Lisenziya elə-belə bir şey deyil. Universitet kimi bir seydi.Çalışırıq, on gün vaxt qalıb. bu müddətə lisenziya məsələsini yoluna qoyaq. Mən elə şeylər var ki, sizə açıqlaya bilmərəm. Klub daxili sirrdir. Premyer Liqaya çıxandan sonra hamı hər şeyi biləcək. Düzdü qərar çıxıbki Premyer Liqaya bir komanda çıxa bilər,ancaq hər şey baş verə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43