24 Noyabr 2024
İdman

“Qardaş, sanki bizi kimsə sehirləyib”

“İstəyirdik 2017-ci ilin son oyununda “Keşlə”yə qalib gələk, ancaq bu dəfə də alınmadı”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Kamran Abdullazadə deyib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə doğma meydanda “Keşlə”yə 2:3 hesabı ilə uduzan “sarı göylər”in üzvü hər şeyin düzələcəyinə ümid edir:

“Qardaş, sanki bizi kimsə sehirləyib. Əlimiz-qolumuz bağlanıb. Arzu edək ki, “Kəpəz” 2018-ci ildə yaxşı komandaya çevrilsin. Yunis Hüseynov kimi istəsə o da, komandada qalaca. Mənim müqvailəm davam edir”.

Görüşdə komandasının ikinci qolunu vuran Abdullazadə baxımlı alınan dəqiq zərbəsi haqda da danışdı: “Top elə gəldi ki, vurmaya bilməzdim. Mərhələni keçsəydik, qol daha gözəl alınardı. İşimiz komandaya xeyir verməkdi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43