Karyerasını artıq məşqçi kimi davam etdirən İtaliya millisinin futbolçusu Cennaro Qattuzo ölkəsinin mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib.
İdmanxeber.com-un məlumatına görə, Yunanıstanın OFİ klubunda baş məşqçi vəzifəsində işləyən Qatuzzo Azərbaycanda da işləyə biləcəyini vurğulayıb:
"Futbol tək İtaliyada deyil. Mən digər mədəniyyətləri də tanımaq istərdim. Məsələn, Azərbaycanda işləyə bilərəm. Şotlandiyada futbolçu kimi oynayanda 18 yaşım var idi. Məni heç nə qorxutmur. Bir il sonra başqa yerdə işləyə bilərəm".