“Səbail”dən Qazaxıstanın “Tobol” klubuna transfer olan Emil Balayev klub saytına müsahibə verib. Təcrübəli qapıçı Qazaxıstan çempionatı və Almaniyadakı karyerası barəsində danışıb:
” Ötən il Qazaxıstanla Azərbaycan milli komandalarının yoxlama görüşlərini yaxşı xatırlayıram. Qazaxıstan millisi 3:0 hesabı ilə qalib gəldi. Onda bildim ki, qazaxlar atletik futbola üstünlük verirlər. Təklif alanda sonra da müəyyən araşdırmalara başladım. “Tobol” ötən mövsümü 3-cü yerdə tamamlayıb və yayda Avropa Liqasında çıxış edəcək. Tanışlarımın köməkliyilə araşdırmalar apardım, mənə mehriban kollektiv olduğunu dedilər.
Almaniyanın “Aytntraxt” klubundakı çıxışından da danışın E.Balayev bunun Berti Foqtsun köməkçisinin vasitəsi ilə həyata keçdiyini bildirib:
“Gənc olsam da, milliyə dəvət alırdım. O dönəm millimizn baş məşqçisi Berti Foqts, köməkçisi də Volfqanq Rolf idi. O, həm də “Ayntraxt”ın baş məşqçisi Tomas Şaafın köməkçilərindən biri idi. Rolfun məsləhətiylə Bundesliqa klubunda baxışda oldum. 2014-cü ilin noyabrında Frankfurt təmsilçisində iki həftə məşqlərdə oldum. Məni bəyəndilər və “Neftçi”dən transfer etdilər”.