Ölkə futbolu

“Qəbələ” AZAL üçün itkilərlə hazırlaşır

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də Bakıda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” klubu matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən tur “Xəzər Lənkəran”la oyundan (1:1) sonra 4 günlük istirahətə buraxılan “qırmızı-qaralar” gündə iki dəfə məşq keçməklə növbəti oyuna hazırlaşır.

Məşq prosesində milli komandaların düşərgəsində olan futbolçular, həmçinin zədəli Ruslan Abışov iştirak etmir. Digər zədəli oyunçular Vladimir Levin, Dodo və Markinyoş fərdi proqram üzrə hazırlıq keçir.

Oktyabrın 9-na “Qəbələ”nin yoxlama oyunu da planlaşdırılıb. Həmin gün “qırmızı-qaralar” AZAL-la üz-üzə gələcək. Qəbələdə baş tutacaq görüş saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43