29 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ” Bakıya böyükhesablı qələbə ilə gəlir

Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyununa hazırlıqları davam etdirən “Qəbələ” yoxlama matçı keçirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıqlarını Qəbələ stadionunda davam etdirən “qırmızı-qaralar” əvəzedici komanda ilə matçda qüvvəsini sınayıb.

Roman Qriqorçuk oyun ərzində əsas heyətin üzvləri ilə yanaşı, sərəncamında olan futbolçuların çoxuna şans verib. “Qəbələ” əvəzediciləri ilə bu qarşılaşmada 5:1 hesabı ilə qalib gəlib. Oyunun ilk yarısında Aleksey Antonov iki, Dodo bir qol vurub. Fasilədən sonra əvəzedicilər bir dəfə fərqlənsə də, Roman Hüseynovun dublu ilə böyükhesablı qələbə qeydə alınıb.

Qeyd edək ki, “Çukariçki” ilə matçın Qəbələdəki hazırlıqlarını bu oyunla yekunlaşdıran “qırmızı-qaralar” bu gün Bakıya yola düşəcək. Komanda iyulun 23-dəki qarşılaşmanın hazırlığını paytaxtda tamamlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43