Bir müddətdir "Qəbələ"də baxışdan olan futbolçu Davron Erqaşev məşqçilər korpusunun ümidlərini doğruldub.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Tacikistan yığmasının futbolçusu ilə yaxın günlərdə 2 illik müqavilə bağlanılacaq.
Qeyd edək ki, Erqaşevin son iş yeri Qazaxıstanın “Jetısu” klubu olub.