Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un məlumatına görə , bu, Bosniya və Herseqovina millisinin üzvü Ermin Zecdi.
Klubun hücumçu ilə danışıqları müsbət nəticələnib və 27 yaşlı oyunçu ölkəmizə dəvət olunub. Onunla 2 illik müqavilə imzalanması gözlənilir.
Erminin sonuncu klubu Türkiyənin "Balıkəsirspor" klubu olub. O, Balıkəsir təmsilçisinin forması ilə meydana çıxdığı 16 oyunda 7 dəfə fərqlənə bilib.
Bundan başqa, Türkiyənin "Gənclərbirliyi" klubunun da formasını geyinən Zec 2008-ci ildə Bosniya və Herseqovinanın əsas millisində debüt edib. Futbolçu karyerasına ölkəsinin "İskra" klubunda başlayan Zek Xorvatiyanın "Sbenik" və "Rijeka" klubunun da şərəfini qoruyub
(sport7az).