Kateqoriyasız

“Qəbələ” “Çukariçki” ilə oyunun hazırlıqlarına başladı

“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” ilə cavab oyununun hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiyadakı ilk qarşılaşmanın (0:1) ertəsi məşq edib, sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib.

Ötən gün şəhər stadionunda baş tutan axşam məşqində Roman Qriqorçukun komandası fiziki hazırlıq və toplu çalışmalara üstünlük verib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib. “Qəbələ” növbəti 2 məşqini də öz stadionunda keçirəcək. İyulun 22-də Bakıya yollanacaq komanda oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı 8-ci km qəsəbə stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, iyulun 23-də Bakıda keçiriləcək “Qəbələ” – “Çukariçki” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43