Bu gün “Qafqaz Point” otelində “Qəbələ” ilə Türkiyənin “Sarar” şirkəti arasında geyim sponsorluğu müqaviləsi imzalanıb.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin idman direktoru Toni Adams bu barədə maraqlı fikirlər səslındirib:
“Beş ildir burada çalışıram. Azərbaycan dilində hələ yaxşı danışa bilməsəm də, öyrənməyə çalışıram. “Panatinaikos”un futbolçuları “Qəbələ” ilə oyunlarda yaxşı geyimlərdə idilər. Həmin vaxt klub prezidentinə söylədim ki, biz də yaxşı geyinməliyik. Avopa Liqasında Rusiya və Almaniya klubları ilə oyunlarımız zamanı rəqiblərimizdən daha yaxşı geyimdə olmalıyıq. Fikrimcə, “Sarar”ın sayəsində digər komandalardan daha yaxşı geyimlərdə olacağıq. Yeni kommersiya direktorumuza da uğurlar