Dünyadan

“Qəbələ” – “Dinamo” matçının hakimləri müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” ilə “Dinamo” (Moskva) arasındakı cavab matçının hakim təyinatları açıqlanıb.
 
İdmanxeber.com xəbər verir ki, Rusiyada keçiriləcək ikinci oyunu moldovalı hakimlər briqadası idarə edəcək.
 
Oktyabrın 19-da baş tutacaq matçın baş hakimi Dimitru Muntian olacaq. Onun köməkçiləri isə həmyerliləri Vyaçeslav Sivaçev və Anatoli Basyuk olacaq. Oyunun dördüncü hakimi funksiyasını rusiyalı Yuri Baskakov yerinə yetirəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43