İdman

UEFA-nın Klubların Lisenziyalaşdırılması şöbəsinin rəhbəri Bakı səfərində

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. 

İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Daha sonra A.Traverso baş katib və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə “Neftçi”, “Qəbələ”, “İnter”, və “Qarabağ” klublarının rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.

A.Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43